Cəmiyyət

Hövsan qəbiristanlığında sinə daşı oğurlanıb - VİDEO

22 Aprel 2021 12:54
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqdakı məzarlardan birinin sinə daşı oğurlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Elçin Məmmədov 2012-ci il aprelin 13-də vəfat etmiş həyat yoldaşı Svetlana Məmmədovanın məzarını ziyarət edib.

Ziyarət zamanı məzarın qara mərmərdən olan sinə daşının oğurlandığının şahidi olub.  

Elçin Məmmədov həmin qəbiristanlığa nəzarət edən şəxslə əlaqə saxlayıb, amma o, bu barədə məlumatının olmadığını deyib. Daha sonra qəbiristanlıqdakı digər məzarların qəbir daşalrına baxıb və heç birində belə bir hadisə olmadığını müşahidə edib.

O, həyat yoldaşının məzarına bu cür hörmətsizliyi qəbul edə bilmədiyini deyir.

Elçin Məmmədov və ailə üzvləri dərhal Suraxanı rayonu üzrə polis şöbəsinə müraciət ediblər. Hadisə yerinə baxış keçirilib, fotoları çəkilib, sübut və dəlillər götürülüb.

Suraxanı rayonu 30-cu Polis Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır, ərazi üzrə iş prosesi davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.