Cəmiyyət

"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı

21 Aprel 2021 15:58
Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu vaxta qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib: "Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb".

Qeyd edək ki, "YAŞAT" Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.