Cəmiyyət

Təmizlənməyən arx ətrafa üfunət yayır - VİDEO

17 Aprel 2021 12:39
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirin Energetiklər qəsəbəsində kanalizasiya suları evlərin qabağından keçən arxa axıdılır. Həmin arx da təmizlənmədiyindən ətrafa üfunət yayır. Bu antisanitar vəziyyət isə yaxınlıqda yaşayan sakinləri narahat edir.

Qamış o qədər hündürə qalxıb ki, küçənin bir tərəfindən digər tərəfini görmək olmur. Ətrafa yayılan üfunət isə baş çatladır.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər Mingəçevirin Energetiklər qəsəbəsinin Kənar küçə adlanan hissəsində lentə alınıb. Qarabağ kanalından ayrılan arxda su qış aylarında kəsildiyindən arxa zir-zibil dolur. Yayda su buraxıldıqda isə zibillə dolmuş arx antisanitariya mənbəyinə çevrilir. 

Həmin ünvanda kanalizasiya xətti çəkilsə də, əksər küçələr bu xəttə qoşulmayıb. Nəticədə orada çirkab sular da bu arxa axıdılır.

Energetiklər qəsəbəsində yaranmış vəziyyətdən Mingəçevir Şəhər İcra Hakimiyyəti də xəbərdardır. Qurumdan Xəzər Xəbər-ə bildirildi ki, məsələnin həlli, yəni həmin torpaq arxın istiqamətinin dəyişdirilməsi və ya betonlanması üçün Melorasiya və Su Təsərrüfatı ASC-yə müraciət olunub. Kanalizasiya sularının həmin arxa axıdılmasına gəldikdə isə, bildirildi ki, ərazidə işlər tamamlandıqdan sonra bütün küçələr ana xəttə qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.