Cəmiyyət

Göyçayda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

15 Aprel 2021 22:32
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

90-KL-375 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan və işıqforda dayanan 99-MD-140 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü və 2 sərnişini xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.