Cəmiyyət

İdman zalları və toylarla bağlı qərar nə zaman verilə bilər? - Millət vəkili - VİDEO

15 Aprel 2021 18:36
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyların keçirilməsinə icazə verilməsi insanların kütləvi toplaşmasına gətirib çıxaracaq. Belə olan halda isə yoluxma sayı qat-qat çox ola bilər.

Milli.Az bildirir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

"İdman zallarının açılması, toyların bərpası həm iş yerlərinin açılmasına, həm iqtisadiyyatımızın inkişafına, həm də insanların rifahına müsbət təsir göstərəcək. Bu da dövlətimizin əsas gözləntisi və məqsədidir. Lakin toylara icazə verilməsi kütləvi toplanmalara gətirib çıxaracaq. Nəticədə yoluxma sayı qat-qat çox ola bilər. Belə olanda isə hər birimizin narahatlığına səbəb olan bağlanmalara gedə bilərik. Hesab edirəm ki, bugünkü vəziyyəti stabil saxlamaq üçün toylara və kütləvi toplanmalara gətirib çıxaran tədbirlərə icazə vermək barədə düşünmək bir qədər tezdir. Əminəm ki, peyvəndlənmə proqramını uğurla davam etdirsək, qısa müddətdə kütləvi immunitetə nail olacağıq və o zaman toylar bərpa ediləcək", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.