Cəmiyyət

Əməkdar mədəniyyət işçisi koronavirusdan öldü

15 Aprel 2021 15:39
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı koronavirusdan dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə idarənin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova məlumat verib.

Məlumatda bildirilir ki, qurumun Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün dünyasını dəyişib. COVİD -19-dan uzun müddət müalicə alan K.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Arxeologiya və Etnoqrafiya muzey-sərgisi"ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.