Cəmiyyət

Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI

14 Aprel 2021 18:33
Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda salınan Hərbi Qənimətlər Parkına bu gündən etibarən vətəndaşların ziyarəti başlayıb.

Səhər saatlarından paytaxt sakinlərinin parka kütləvi axını olub. İnsanların parkla tanışlığı böyük izdihamla müşayiət edilib.

Trend TV-nin çəkiliş qrupu Hərbi Qənimətlər Parkında olub, vətəndaşların təəssüratlarını öyrənib. Parkı ziyarət edən hər bir insan Azərbaycan Ordusunun erməni işğalçılarına vurduğu öldürücü zərbələri, düşmənin məhv edilmiş hərbi texnikalarını, döyüş meydanının imitasiyasını və parkdakı digər maraqlı eksponatları böyük heyranlıq, eyni zamanda fəxr hissi ilə qarşılayıblar.

Paytaxt sakinləri Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbəsini əks etdirən Hərbi Qənimətlər Parkında gördükləri mənzərədən əvəzsiz qürur duyduqlarını bildiriblər.

Parkdan hazırlanan videoreportajı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.