Cəmiyyət

Mətbuat katibi departament rəhbəri təyin edildi

14 Aprel 2021 18:08
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev işindən ayrılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.

M.Musayev fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri kimi davam etdirəcəyini qeyd edib:

"Təxminən 3 ilə yaxındır ki, çalışdığım Kənd Təsərrüfatı Nazirliyinin strukturundakı işimdən ayrıldım. Bu müddət ərzində üzərimə düşən vəzifə və öhdəliklərimi bacardığım qədər layiqincə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə, yeni tanışlıqlar və təcrübə oldu. Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumlarda çalışan dostlarıma fəaliyyətlərində uğurlar arzulayıram.

İşlədiyim bütün qurumlarda olduğu kimi, burada da etimadı doğrultmaq üçün eyni əzmkarlıq və entuziazmı göstərməyə çalışacam. Buradakı gənc və dinamik komandayla yeni uğurlara imza atacağımıza inanıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.