Cəmiyyət

Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı

14 Aprel 2021 16:14
Baxış: 2 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən 4 marşrut üzrə avtobuslar hərəkət edir. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.

Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə "28 May" metrostansiyasının qarşısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.