DİM şagirdlərə müraciət etdi: aprelin 15-16-da...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi aprelin 15 və ya 16-da keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən,Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO
-
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
-
Səbail rayonunda yanğın başlayıb
-
Ehsan ləğv olunan rayonlar - Siyahı
-
Zəlzələ ilə bağlı FHN açıqlama yaydı - FOTO - YENİLƏNİB
-
"Kreditimi rəfiqələrim ödəyib"
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
-
TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək





