Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.
Yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.
Milli.Az