Cəmiyyət

Bayram tətilindən sonra marşrut avtobusları dezinfeksiya edilib - BNA

29 Mart 2021 18:49
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan marşrut avtobuslarında ciddi dezinfeksiya işləri aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, marşrutlar fəaliyyətini dayandıranda bu barədə daşıyıcılara tapşırıq verilib: "Bayram tətilindən öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcılara müvafiq məktublar ünvanlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarının tələbləri onların diqqətinə çatdırılıb. Həmçinin, daşıyıcılara bildirilimişdi ki, martın 29-da səhər saat 06:00-dan etibarən avtobuslar sərnişin daşımaq üçün tam hazır vəziyyətə gətirilməlidir. Bu hazırlıq avtobusların həm texniki baxımdan hazır olması, həm də movcud epidemioloji vəziyyətə görə dezinfeksiya olunmasından ibarətdir. Qeyd edim ki, pandemiya dövrü başlanandan Bakıda fəaliyyət göstərən bütün marşrutlardakı avtobuslar gündəlik dezinfeksiya ediləndən sonra xəttə buraxılır. Bayram tətilindən sonra da avtobuslar tam olaraq qaydalara uyğun dezinfeksiya edilib. Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlər qarşısında tələb qoyub ki, avtobuslar axşam xətdən qayıdan kimi qarajlarda ciddi dezinfeksiya olunmalıdır. Bu vəziyyətə Agentlik əməkdaşları mütəmadi nəzarət edir, xəttə çıxan avtobuslar yoxlanılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.