Cəmiyyət

"Narkomanlar arasında metamfetamindən istifadə artıb" - Şöbə müdiri

18 Mart 2021 12:15
Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrlər ölkədə polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib.

O bildirib ki, mərkəzə daxil olan müraciətlərə əsasən belə hallar çoxalıb:

"Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə "metamfetamin" və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.