Cəmiyyət

Şuşa qalasının girişi bərpa olunub - FOTO

17 Mart 2021 11:18
Baxış: 2 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşada qala divalarının girişi bərpa olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.