Cəmiyyət

"Azərbaycan pandemiyadan az itkilərlə çıxa bilib" - Sahibə Qafarova

16 Mart 2021 11:31
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiyaya baxmayaraq ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zaman deyib.

S.Qafarova bildirib ki, pandemiya dövründə ölkəmizdə sosial paket icra olunub, sahibkarlara verg güzəştləri tətbiq olunub.

Spiker vurğulayıb ki, pandemiya dövründə qeyri-neft sektorunun 11 faizi artması düşünülmüş siyasətin nəticəsində mümkün olub.

S.Qafarova əlavə edib ki, koronavirus və müharibənin xərclər tələb etdiyi bir şəraitdə düzgün siyasət nəticəsndə ölkəmizin valyuta ehtiyatları qorununb saxlanılıb və hətta artırılıb. Spiker bldirib ki, Azərbaycan qazı artıq Avropa məkanına çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.