Cəmiyyət

"Ailə həkimlərinin sayı azdır" - Agentlik

15 Mart 2021 12:41
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Azərbaycanda ailə həkimi kimi fəaliyyət göstərə biləcək həkimlərin sayı azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri ailə institutunun tam tərkibdə fəaliyyətə başlamasıdır. İlkin mərhələdə Mingəçevir, Yevlax və Ağdaşda bu layihə həyata keçirilməyə başlanılıb. Orada agentliyin tabeliyində olan müəssisələrdə ailə sağlamlıq mərkəzləri yaradılıb: "Bu, əvvəllər sahə üzrə fəaliyyət göstərən sahə terapevtləri, sahə pediatrları və qadın məshələtxanalarında fəaliyyət göstərən ginekoloqları özündə cəmləşdirdi. Əsas məqsəd odur ki, ailə sağlamlıq mərkəzləri, ailə həkimi institutu tam olaraq formalaşsın. Ölkənin gələcək tələbatını nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində Azərbaycan Tibb Universitetində ailə həkimin hazırlanması ilə bağlı fəaliyyətə başlanılıb. Həkimlərimiz artıq ailə həkimi olaraq da yetişməyə başlayırlar. Gələcək dövrdə ailə həkimi institutu tam formalaşacaq".

V.Qurbanov qeyd edib ki, ailə sağlamlıq mərkəzlərinin məqsədi xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.