Cəmiyyət

"Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulur

10 Mart 2021 16:02
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bu il ərzində "Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində 80 milyon manat vəsait nəzərdə tutulur. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən "Təhsil-Tələbə Krediti Fondu"nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb. Layihə hazırda razılaşdırma mərhələsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.