Cəmiyyət

Daha bir şəhidimizin övladı doğuldu - FOTO

9 Mart 2021 17:35
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və Dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.