Cəmiyyət

Ötən il 505 nəfər İİV-ə yoluxub

9 Mart 2021 17:18
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesabat ili ərzində ölkəmizdə insan immunçatışmazlığı virusuna (İİV) yeni yoluxmuş 505 nəfər qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, 2019-cu ildə bu rəqəm 642 nəfər olub.

"2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı" çərçivəsində qeydiyyatda olan bütün xəstələr  2029-ci il ərzində müvafiq dərman preparatları ilə təmin olunub, əhali arasında bu xəstəliyin profilaktikasına dair geniş maarifləndirmə işi aparılıb. Görülən tədbirlər nəticəsində ölkəmiz insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır. Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən, hər 100 min  nəfər əhaliyə 5.02 İİV daşıyıcısı va( 2019-cu ildə bu  göstərici 6.43 olub).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.