Cəmiyyət

Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlandı

9 Mart 2021 12:18
Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılmasına başlanılacağı müddət açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib ki, Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.

O bildirib ki, erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.

Nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə işləri, dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır: "Bu proseslərdən sonra həmin ərazilərdə yaşayış üçün zəruri infrastruklturun yaradılamsı, insanların qayıtması işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.