Cəmiyyət

Damı uçan məktəbdə təmir işlərinə başlanıldı

9 Mart 2021 11:41
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda güclü külək səbəbindən damı uçan 278 saylı məktəbdə təmir işlərinə başlanılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə məktəbin direktoru Məlahət Əliyeva bildirib. Onun sözlərinə görə, hadisə martın 7-si səhər saatlarında baş verib, güclü külək məktəbin bir korpusunun dam örtüyünü uçurub:

"Hadisə baş verəndən dərhal sonra Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verildi. Məlumata dərhal reaksiya verildi, mütəxəssislər məktəbdə oldular, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüldü. Hazırda məktəbin damında təmir işlərinə başlanılıb, iki həftə ərzində yekunlaşacağı planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.