Cəmiyyət

Beş ay komada qaldı - Vətən müharibəsi şəhidi torpağa tapşırıldı - VİDEO

9 Mart 2021 14:46
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq yaralanmış qazimiz 5 ay komada qaldıqdan sonra vəfat edib. Zamin Balakişiyev bugün Sabirabad rayonunda torpağa tapşırılıb. Qəhrəman şəhidimiz "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 

Vətən müharibəsində ağır yaralanan əsgər Zamin Balakişiyev 5 ay komada qaldıqdan sonra hospitalda vəfat edib. 

Müalicə şəraitində olan qazimizin həyatını xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 20 yaşlı şəhidimiz Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub. 

Zamin Balakişiyev 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb..Hərbi xidmətdə olduğu zaman vətən müharibəsinə qatılıb. O, bir sıra uğurlu döyüş əməliyyatlarında, xüsusilə də Suqovuşan kəndinin işğaldan azad olunmasında yaxından iştirak edib.

Zamin Balakişiyev "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin! 

Milli.Az "xəzərxəbərə" isrtinadən bildirir ki, suvenirlərin hazırlanmasına Uşaq və Ailələrə Dəstək Mərkəzində pisxoloji dəstək alan uşaqlar da kömək ediblər. Mənəvi dəyəri yüksək olan hədiyyələrin ərsəyə gəlməsində onların da zəhməti var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.