Cəmiyyət

Bakıda ağacların dibi asfaltdan təmizlənib - FOTO

5 Mart 2021 17:39
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106 A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb: "Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib".

V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.