Cəmiyyət

Deputat: "Yaxın 10 ildə 44 minə yaxın müəllim işsiz qala bilər" - VİDEO

4 Mart 2021 17:05
Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ənənəvi təhsildən distant təhsilə keçidin insan kapitalına təsiri barədə tədqiqatlar aparılır. İngiltərədə bildirilir ki, yaxın 10 ildə 40 minə yaxın müəllim ixtisar olunacaq və bu, adaptasiya prosesi ilə əlaqədar olacaq.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında təhsil eksperti və millət vəkili Etibar Əliyev deyib.

"Həm ənənəvi, həm də distant təhsilin tətbiqi, onların bir-birini tamamlaması müəllim bacarıqları ilə bağlı məsələləri gündəmə gətirib. Bu işin əhəmiyyəti isə o oldu ki, pandemiya olmasa belə, mütləq İKT alətlərinin təhsilə mütəmadi tətbiqi zəruridir.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə ənənəvi və distant təhsil formaları bir-birini tamamlayaraq, daha yaxşı mütəxəssis və şagird hazırlığına öz töhfəsini verəcək", - o bildirib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.