Cəmiyyət

Azərbaycanda 23 ildir ölü olduğu düşünülən qadın sağ çıxdı - VİDEO

4 Mart 2021 13:48
Baxış: 3 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 ildir ki, hər kəsin öldüyü zənn etdiyi qadının sağ olduğu məlum olub.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "ATV" telekanalında yayımlanan "Bizimləsən" verilişində məlumat verilib.

Belə ki, Pərviz adlı gənc anasını axtarmaq üçün sözügedən proqrama müraciət edib.

Aparılan axtarışlar nəticəsində öldüyü zənn edilən qadının, əslində, sağ olduğu və Bakıda yaşadığı məlum olub.

Anasının tapılmasına hədsiz sevinən Pərviz, "Həyatımda ən gözəl xəbəri mənə verdiniz" deyərək, hər kəsi kövrəldib.

3 övladı olan ananın bu illər ərzində Bakının müxtəlif restoranlarında qabyuyan işlədiyi məlum olub.

Qeyd edək ki, müxtəlif səbəblərdən illərdir ki, övladlarına qadının əxlaqsız olduğu deyilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.