Cəmiyyət

FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini

3 Mart 2021 10:56
Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında vaksinasiya prosesi hələki yalnız Bakı şəhəri üzrə başlayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında nazirliyin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə könüllü müraciət edə bilərlər:

"Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesi hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gəlməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.