Cəmiyyət

Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub

3 Mart 2021 10:41
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) 300-dən artıq əməkdaşı vaksinasiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, artıq bir neçə gündür FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb:

"Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.