Cəmiyyət

"Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır" - Nazirlik

2 Mart 2021 16:39
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, ovçuluq təsərrrüfatları həm dövlət, həm də yerli əhəmiyyətli ola bilər. Bu lisenziya İqtisadiyyat Nazirliyindən verildiyi üçün ovçuluq təsərrüfatı yaratmaq istəyən şəxs bu quruma müraciət etməlidir. Lisenziya almaq üçün ovçuluq təsərrüfarının biznes planı təqdim olunmalıdır. Bu planda təsərrüfatın gələcək planları, rentabelli olması, buraya ova gələn şəxslər üçün yaradıla bilən şəraitlə bağlı məlumatlar öz əksini tapmalıdır.

T.Şəkərəliyev bildirib ki, ovçuluq təsərrüfatlarında heyvanların artırılması üçün xüsusi sahə yaradılmalıdır. Orada ov qadağan edilməli, digər sahədə isə ovun təşkilinə icazə verilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.