Cəmiyyət

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub

1 Mart 2021 20:19
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar ayında Azexport.az portalına 53,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon ABŞ dolları təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.