Cəmiyyət

Baş infeksionist əhaliyə müraciət etdi

1 Mart 2021 11:39
Baxış: 3 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus infeksiyasından qorunmaqla bağlı vətəndaşlara müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş infeksionist insanları immun sistemin güclənməsi üçün vacib məqamlara toxunub: "İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr vardır. İlik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal bir gecə yuxusunu təmin edin, yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir, bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır.

Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.