Cəmiyyət

Sabahdan havanın temperaturu yüksələcək

25 Fevral 2021 12:22
Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün gündüz saatlarından başlayaraq, ölkə ərazisində havanın sabitləşəcəyi və əsasən, yağmursuz keçcəyi gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir, mülayim külək əsəcək.

G.Məmmədova əlabə edib ki, fevralın 25-də gündüz saatlarından başlayaraq fevralın 26-da Bakıda və bölgələrdə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Fevralın 26-27-də havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.