Cəmiyyət

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ithafən - VİDEO

25 Fevral 2021 13:51
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli mücadilə tariximizdə qarşımıza çıxan əngəllər, yolumuza diyirlənən ağır daşlar, üstümüzə qıcanmış dişlər sırasında  bir məşum gecə var: Xocalı qətliamının törədildiyi 26 fevral müsibəti.

Arzuların, ümidlərin gülləboran edildiyi soyuq fevral gecəsində erməni cəlladlarının vəhşilikləri qanı damarda dondurdu.

Dünya belə zorakılığa şahid olmamışdı, ər igidlərimiz Şəhid oldular, insanları əsir götürüb amansız işgəncələr verdilər.

Nə xoş ki, müqəddəs Vətən müharibəsində qalib Ali Baş Komandan, müzəffər Ordumuz düşmənə layiq olduğu yeri göstərdi. Azərbaycanın sarsılmaz gücünü dünyaya göstərdi. Şəhidlərimizin qisası alındı.

Heç şübhəsiz, tarixin ayrı-ayrı dönəmlərində baş verənlər  ədəbiyyatda, incəsənətdə öz əksini tapır və gələcək nəsillərə ötürülür. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti də Xocalı  faciəsi ilə bağlı videoçarx  hazırlayaraq online formatda daimi izləyicilərinə çatdırır. Eyni zamanda 26 fevral saat 18:00-da  Akif Həsənoğlu "Yanmış evin nağılı" səhnə əsəri teatrımızın facebook səhifəsində canlı nümayiş olunacaq https://m.facebook.com/sumdram/?ref=bookmarks.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.