Cəmiyyət

Nazirlik Sumqayıtda tullantıların yandırılmasına münasibət bildirdi

16 Fevral 2021 17:10
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Sumqayıtda tullantıların yandırılmasına və bunun nəticəsində şəhəri tüstü bürüməsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, keçən il Sumqayıt məişət tullantıları poliqonunu bu məsələ ilə bağlı dəfələrlə cərimələyiblər:

"Təəssüf ki, hazırda həmin ərazidə bu istiqamətdə kifayət qədər çatışmazlıq mövcuddur. Lakin biz ETSN olaraq, mütəmadi şəkildə həmin əraziyə cavabdeh şəxsləri cərimələmək, məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Orada hazırda yeni məişət poliqonunun tikintisi və istifadəyə verilməsi ilə bağlı işlər aparılır. Biz də arzu edirik ki, tezliklə bu problem birfəfəlik həllini tapsın. Çünki Sumqayıt Azərbaycanın çox mühüm şəhərlərindən biridir. İnanırıq ki, bu istehsalat şəhərində aparılan işlər yaxın vaxtlarda bitəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.