Cəmiyyət

"Bütün hərbi hospitallar peyvəndləmə üçün lazımi avadanlıqlarla təmin edilib" - Baş sanitar həkim

16 Fevral 2021 12:05
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Silahlı Qüvələrində vaksinasiya prosesi strategiyaya tam uyğun həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

O, bildirib ki, ilkin olaraq orduda risk qrupuna daxil olan şəxslər vaksinasiya olunacaq:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "COViD-19" əleyhinə 2021-2022-ci il illərdə vaksinasiya strategiyasına uyğun olaraq Müdafiə naziri tərəfindən sərəncam imzalanıb.

Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib".

Polkovnik-leytenant deyib ki, Azərbaycan Ordusunda vaksinasiya prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və göstərişlərinə uyğun olaraq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.