Cəmiyyət

Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlandı

10 Fevral 2021 13:43
Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mühəndis qoşunlarının kapitanı Şakir Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, texnikanın ümumi kütləsi 13 tondur.

Onun sözlərinə görə, texnikanın heyəti 3 nəfərdir: "Texnika 25-30 santimetr ərazidə olan minaları zərərsizləşdirmək üçün təyin olunub. Texnikanın üzərində olan 3 ədəd kamera vasitəsilə ərazini müşahidə etmək mümkündür. Texnika 8 saat fasiləsiz işləmək imkanına malikdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.