Cəmiyyət

Bakıda mənzillər ucuzlaşıb

10 Fevral 2021 09:22
Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında ucuzlaşma qeydə alınıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, yanvar ayında təkrar mənzil bazarında 1.15 faiz azalma var, ancaq ötən ilin eyni dövrü ilə müqayisədə 2.99 faiz artım müşahidə olunub.

İlkin mənzil bazarında isə ay ərzində 2.21 faiz azalma qeydə alınıb, lakin ötən illə müqayisədə 1.4 faiz artım müşahidə edilib.

Ümumilikdə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.13 faiz artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 1.6 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.