Cəmiyyət

"Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar" - TƏBİB

9 Fevral 2021 13:31
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz dünyadan təcrid edilməmişik, ona görə COVİD-19-un yeni ştammının Azərbaycanda da olma ehtimalı var, amma qaydalara əməl etməklə, vaksinasiyaya daha ciddi yanaşmaqla bu işi asanlaşdıra bilərik.

Milli.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı insanlara vurulan vaksinin ikinci dozasından sonra orqanizmdə 60-90 faiz qoruyuculuğun yaranacağı gözlənilir:

"Lakin insanlar "mən artıq peyvənd olundum, yoluxmayacağam" deyərək rahatlanmamılıdırlar. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Biz hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 1-2 il olsun. Qrip əleyhinə vaksində qoruyuculuq müddəti 1 il hesab edilir. COVİD-19-a qarşı vaksinin də müddəti bu qədər olsa, uğurlu sayı bilər. Çünki bu halda yoluxma zənciri qırılacaq və yoluxma az əhali qrupunu əhatə etməyə başlayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.