Cəmiyyət

Bu xəstəxanalara verilən dərman sayı artırılacaq

4 Fevral 2021 11:20
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ildə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi ərazilərdəki xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin çeşid sayı artırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il dərman vasitələrinin çeşid sayı 2019-cu illə müqayisədə artırılıb. 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.