Cəmiyyət

Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər - FOTO

28 Yanvar 2021 15:47
Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apardığımız müşahidələr, müxtəlif foto və video çəkilişlər göstərir ki, ov mövsümünün bağlı olduğu dövrdə vəhşi heyvan və quşların sayı Azərbaycanda əhəmiyyətli dərəcədə artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova bildirib.

O qeyd edib ki, bu artıma iki aspektdən yanaşmaq lazımdır.

"Birincisi, ova qoyulan qadağalar heyvan və quşların populyasiyasına müsbət təsir göstərir. Yəni ki, daha az heyvan vurulur, heyvanlar odlu silahın səsindən yaşadığı arealları tərk etmir. İkinci vacib məsələ isə aparılan mühafizə tədbirləridir. Bu sahədə kifayət qədər ciddi nəzarət tədbirləri həyata keçirildiyindən, mühafizə düzgün qurulduğundan bir çox növlərin artımı müşahidə olunur".

İctimai Şuranın sədri qeyd edib ki, bütün görülən işlərə paralel olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də bu sahədə yüksək göstəricilərin əldə olunmasına böyük təkan verib.

"Buna Şərqi Qafqaz Turunu (Dağıstan turu) nümunə göstərmək olar. Bu növ əsasən Qafqazda yaşayır, qonşu ölkələrdə sayı az miqdarda qalıb. Amma Azərbaycanda bu növün sayı artmaqdadır. Bunu son günlərdə Oğuz, Qəbələ, Şəki və Qusar regionlarında Dağıstan turununun çəkilmiş foto-video görüntüləri və aparılan sayğılar deməyə əsas verir".

M.Şükürova bir daha vurğulayıb ki, bu artım ölkəmizdə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə aparılan nəzarət, mühafizə və maarifləndirmə tədbirlərinin nəticəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.