Cəmiyyət

"Bu il yeni ixtisaslara qəbul aparılacaq" - Nazir

28 Yanvar 2021 11:47
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən komputer-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır. Təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır. "WorldSkills" təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımıza inteqrasiyasını və tələbələrimizin beynəlxalq peşə olimpiadalarında iştirakını təmin edəcəyik:

"Təhsil Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq. Eyni zamanda, Peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.