Cəmiyyət

Azərbaycan Türkiyəyə minnətdarlığını bildirdi - Fərman İsmayılova görə

27 Yanvar 2021 14:17
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fərman İsmayılovun nəşinin Azərbaycana çatdırılmasına görə, Türkiyə tərəfinə öz minnətdarlığımızı bildiririk.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndisin nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək:

"Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa rəsmi şəkildə məlumat göndərib. İlkin olaraq meyitin üzərində məhkəmə tibbi eksperti tərəfindən baxış keçiriləcək, ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək".

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.