Cəmiyyət

Düşmənin dağıtdığı evlərin bərpasına başlandı - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI

27 Yanvar 2021 11:43
Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində bərpa və təmir-tikinti işlərinə start verilib. Həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.

Dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq. Obyektlərin əksəriyyətini qismən zədələnmiş və ya tamamilə dağıdılmış fərdi yaşayış evləri təşkil edir. Bununla yanaşı, ziyan dəymiş tikililər arasında çoxmənzilli binalar, sosial və sahibkarlıq obyektləri də var.

Trend TV-nin Bərdə və Tərtərdən hazırladığı reportajı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.