Cəmiyyət

"Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq" - Şöbə müdiri

26 Yanvar 2021 13:39
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslər, eyni zamanda 2020-ci ildəki hərbi əməliyyatlar nəticəsində mənzil almaq hüququ qazanan şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı paralel həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslərin siyahısı artıq yerli icra hakimiyyətlərində var. Bu siyahı onlar tərəfindən ƏƏSMN-ə təqdim ediləcək:

"2020-ci ildə zəfərlə bitən müharibədə şəhid olanların ailələrini və əlillərini uzun müddət mənzil növbəsində gözlətməmək üçün hər iki kontingentlə bağlı məsələlər növbəlilik əsasında aparılacaq. Bu səbəbdən 5 il ərzində bu sərəncamın icrası ilə bağlı yekunlaşdırma tapşırığı verilib".

B.Hüseynov qeyd edib ki, artıq Bakıda və digər şəhərlərdə keçmiş məcburi köçkünlər üçün tikilən və hazır vəziyyətə gətirilən yaşayış evləri ƏƏSMN-nin balansına veriləcək. Nazirlik tərəfindən həmin mənzillərin növbəlilik əsasında şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.