Cəmiyyət

Azərbaycanda bu xəstəliklər artıq yoxdur

25 Yanvar 2021 20:25
Baxış: 3 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir sıra təhlükəli xəstəliklər yox olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Ötən ilin yanvar- noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca (99,3 faiz), bruselyoz (66,2 faiz), su çiçəyi (60,2 faiz), skarlatina (56,1 faiz), viruslu hepatit (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu (43,5 faiz), qonokokk infeksiyası (41,1 faiz), ağciyər vərəmi (33,5 faiz) və sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.