Cəmiyyət

Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?

25 Yanvar 2021 11:52
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.

Milli.Az Trend-ə istinadən bildirir ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan vətəndaşları üstünlük təşkil edirlər.

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.