Cəmiyyət

Yaqub Mahmudov vəzifəsindən azad olundu

22 Yanvar 2021 18:00
Baxış: 2 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

AMEA-dan Milli.Az-a verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.

Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.