Cəmiyyət

Köhnə avtomobillərdən qurtulsaq tıxaclar azalacaq?

22 Yanvar 2021 16:37
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu gün Bakıda nəqliyyat sahəsində ən mühüm problemlərdən biri də tıxacların olmasıdır. Köhnə avtomobillərin utilizasiyasının tıxac probleminin həllində hər hansı bir rolunun olub-olmayacağı maraq doğuran məsələlərdəndir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, köhnə avtomobillərin utilizasiyasının tixacların aradan qaldırılmasına ciddi təsir göstərəcəyi gözlənilmir:

"Hesab etmirəm ki, Azərbaycanda inzibati qərarlarla avtomobilləşmənin qarşısını almaq, avtomobillərin sayını azaltmaq lazımdır. Əksinə, düşünürəm ki, yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bunun nəticəsində tıxac probleminin aradan qaldırılması zərurəti var.

Utilizasiya tıxacların aradan qaldırılması deyil, daha çox ekoloji vəziyyətin düzəlməsi, ekoloji problemlərin aradan qaldırılması və avtomobil parkının yenilənməsi baxımıdan vacibdir. Eyni zamanda, qəza hallarında ölüm hallarının azalması baxımından əhəmiyyətlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.