Cəmiyyət

Temperatur normadan 2 dərəcə aşağı enib, aran rayonlarında da şaxta olub

21 Yanvar 2021 11:31
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı enib.

Milli.Az bildirir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-yə yaxın, Aran rayonlarında 0-2 dərəcə şaxta, dağlıq rayonlarda 11 -14 dərəcə, yüsək dağlıq ərazilərdə 20 dərəcəyədək, Naxçıvan MR-da 11 dərəcə şaxta olub:

"Sabah yağmursuz olacaq, lakin havanın ayaz keçməsinə görə şaxtalı olacaq. Bakıda bu gecə 0-2 dərəcə şaxta, aran rayonlarda 2-7 şaxta, dağlıq bölgədə 10-15, yüksək dağlıqda 18-23 dərəcə şaxta olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.