Cəmiyyət

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb

19 Yanvar 2021 18:14
Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı"nda deyib.

O bildirib ki, "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icra olunması nəzərdə tutulur.

R.Səttarzadə artıq proqramın razılaşdırma prosesinin son mərhələsində olduğunu söyləyib.

Nazirlik rəsmisi hesab edir ki, utilizasiya proqramı icra edildikdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.