Cəmiyyət

Şuşada 2 su mənbəyi bərpa olunub

19 Yanvar 2021 13:16
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, artıq Zarıslı və Kiçik Kirsdənə gələn su mənbələri bərpa olunub: "Halhazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur. Eyni zamanda, "Azərsu" Şuşa şəhərinə içməli suya olan tələbatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, Hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub".

A. Cəbrayıllı bildirib ki, həmçinin Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.